Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev "Euronews" ​televiziyasına müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi

0

  • Azərbaycan bu gün işğaldan azad edilmiş Azərbaycan ərazilərinin hansı guşəsinə ayaq bassan, orada böyük quruculuq işlərinin həyata keçirilməsinin şahidi olacaqsan. Bütün bunlar ondan xəbər verir ki, indi ölkəmizi yalnız prioritet məsələ olaraq 30 illik işğal dövründə vəhşi ermənilərin dağıtdığı yaşayış məntəqələrinin və infrastrukturun bərpası düşündürür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əsas məqsədi əhalinin tezliklə öz doğma yurd - yuvasına qayıdışını təşkil etməkdir. Hal - hazırda Ağalıda, Suqovuşanda, Laçın şəhərində köhnə sakinlərin yenidən məskunlaşması bu qəbildən atılan ən mühüm addımlardandır. İndi həmin yerlərdə həyat qaynayır və öz əvvəlki axarına düşməyə başlayır. Əlbəttə, bütün görülən işlər uzun illər işğaldan əziyyət çəkən hər bir Azərbaycan vətəndaşını qürurlandırır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ərazilərin bərpası ilə paralel olaraq Azərbaycan diplomatik sahədə də çox ciddi işlər aparır. Döyüş meydanında olduqca acınacaqlı vəziyyətə düşüb məğlub olan məkrli qonşularımız yenə də beynəlxalq qurumların qapısına səpələnərək vay - şüvən qoparır, guya Qarabağda bir ovuc erməninin hüquqlarının pozulmasına, onların blokada şəraitində yaşamalarına dair nağıllar uydururlar. Mənfur düşmənlərimiz nə qədər bu kimi davranışlar sərgiləsələr də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özunun yüksək diplomatik bacarığı ilə onların uydurmalarını tutarlı dəlillərlə darmadığın edir. 44 günlük Vətən müharibəsi dövründə düşmənin yaratdığı informasiya blokadasını təkbaşına yaran Azərbaycan Prezidenti, hazırkı zamanda da düşmənin bütün yalanlarını ifşa etməkdədir.​ ​ ​ ​ ​ ​ ​ ​İyulun 22 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada "Euronews" televiziyasına müsahibə verib. Jurnalistin ünvanladığı bütün sualları sərrast şəkildə cavablandıran Azərbaycan Prezidenti bir çox məqamlara aydınlıq gətirdi. Müsahibə zamanı Prezident İlham Əliyev müharibənin başlama səbəblərindən tutmuş hazırkı vəziyyətə dair bütün məqamlara aydınlıq gətirdi. Prezident qeyd etdi ki, hələ müharibənin gedişi dövründə biz ermənilərə təklif etdik ki, işğal altındakı digər ərazilərindən erməni hərbi birləşmələrinin nə vaxt çıxarılacağı barədə bizə qrafik verin, döyüşü dayandıraq. Ancaq onlar bir müddət bu təklifimizə məhəl qoymadılar. Yalnız acınacaqlı məğlubiyyətlə üzləşdikdən sonra kapitulyasiya aktına qol çəkdilər. Onlar özlərinin "məğlubedilməzliyi" barədə yaratdıqları mifə həddindən artıq inanmışdılar. Lakin Azərbaycan ordusu erməni hərbi birləşmələrini darmadağın etməklə bu mifi də darmadağın etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkə başçısı jurnalistin Azərbaycanın sülh danışıqları prosesində Qərbin və ya Rusiyanın vasitəçiliyinə üstünlük verməsi barədə səsləndirdiyi suala da diplomatik sərrastlıqla cavab verdi. Prezident vurğuladı ki, üçtərəfli bəyanat imzalanırkən orada nə Amaerka, nə də Avropa ittifaqı var idi. Bəyanata Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları imza atmışlar. Sonradan Avropa İttifaqının prezidenti danışıqlar prosesinə yardım etmək üçün təşəbbüs göstərdi. Biz də razılıq verdik. Ümumiyyətlə kimin tərəfindən gəlməsindən asılı olmayaraq biz bütün sülh təşəbbüslərini dəstəkləyirik. Ancaq təəssüflə qeyd etmək istərdim ki, 30 il ərzində sülhyaratma missiyasını öz üzərinə götürmüş ATƏT - in Minsk qrupu demək olar ki, heç bir iş görmədi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, biz Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün səy göstəririk. Qarşı tərəf isə öz şakərinə uyğun olaraq daim bu işin qarşısını almağa çalışır. Onlar Laçın dəhlizindən humanitar məqsədlər üçün istifadə etməli olduqları halda bu dəhlizdən həm Qarabağda qalmış separatçı tör - töküntülərinə silah - sursat faşımaqla, həm də Azərbaycanın təbii sərvətlərini Ermənistana daşımaqla məşğul oldular. Bundan əlavə onlar bizim eksklavımız olan Naxçıvanla əlaqə yaratmaq üçün üçtərəfli bəyanatda öz əksini tapmış Zəngəzur dəhlizinin də açılmasına bu günə qədər imkan verməyiblər. Bütün bunlara baxmayaraq Azərbaycan, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə və hüquqlarının digər vətəndaşlar kimi qorunmasına zəmanət verir. Onların qarşısında iki yol vardır. Ya Azərbaycan qanunlarını qəbul edib burada yaşayacaqlar, ya da qanunlarını qəbul edəcəkləri digər ölkələrə gedəcəklər. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ümumiyyətlə Azərbaycan Prezidentinin son müsahibəsini daha bir diplomatik uğur kimi qiymətləndirmək doğru olardı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Şərafət Məmmədova,​ ​ ​Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib36 dəfə
    Prezident İlham Əliyev "Euronews" ​televiziyasına müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi

    Maraqlı gələ bilər
    98
    45
    57
    38
    139